Rəsmi gəlir olmadan əmlak girov qoyub kredit götürmək mümkündürmü? | Banco.az

Rəsmi gəlir olmadan əmlak girov qoyub kredit götürmək mümkündürmü?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banco.az bu dəfə oxuculardan gələn sulları cavablandıracaq.

Sual belədir: Rəsmi gəlir olmadan əmlak girov qoyub kredit götürmək mümkündürmü?

Cavab: Ümumiyyətlə banklar rəsmi gəliri olan şəxslərə kredit verməyə üstünlük verirlər. Bu, kreditin gələcəkdə ödənilməməsi riskinə qarşı bankların gördüyü tədbirdir.

Banklardan daşınmaz əmlakın girov qoyularaq istehlak və digər məqsədlərə istifadə olunmasına görə nağd pul kreditinin əldə edilməsi mümkündür. Bu, əmlakın yerləşmə yerindən və kreditin müddətindən asılı olaraq məbləğə təsir edir.

Lakin banklardan rəsmi gəlir olmadan əmlak girov qoyub kredit götürmək mümkün deyil.

Təminatlı kredit üçün daşınmaz əmlak, eyni zamanda rəsmi gəlir tələb olunur. Həmçinin, kredit üçün müraciət edən şəxs son iş yerində minimum staj, minimal maaş, minimal və maksimal yaş kimi tələblərə cavab verməldir.  Kreditin illik faiz dərəcəsi isə yuxarıda qeyd etdiyimiz tələblərə görə, eyni zamanda kredit tarixçəniz, bankın daxili prosedurları və digər göstəricilərə əsasən dəyişə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bəzi banklarda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün təminatlı biznes kreditləri də təklif olunur. Bunun üçün girov daşınar və ya daşınmaz əmlak ola bilər. Həmin kreditləri biznesə dair sənədləri və daşınmaz əmlakı təqdim edərək əldə edə bilərsiniz.

Banklarla bağlı sizə maraqlı olan sualları banco.az-ın sosial media hesablarından bizə yaza bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et