Ötən il Rusiyadan Azərbaycana investisiya yatırımı 617 mln. dolları ötüb | Banco.az

Ötən il Rusiyadan Azərbaycana investisiya yatırımı 617 mln. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 617 milyon 339 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19.2% və ya 99 milyon 379 min dollar çoxdur. 

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 517 milyon 960 min dollar təşkil edib. Hesabat ilində Rusiya Azərbaycana ən çox investisiya yatıran 4-cü ölkə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et