Ötən il könüllü tibbi sığorta bazarı 8% böyüyüb | Banco.az

Ötən il könüllü tibbi sığorta bazarı 8% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 121 mln. 10 min manat təşkil edib. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 7,8% və ya 8 mln. 750 min manat çoxdur. 2022-ci ildə könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının məbləği 112 mln. 260 min manat olub.

Hesabat ili ərzində tibbi sığorta üzrə ödənişlərin həcmi 82 mln. 367 min manat olub. Bu da əvvəlki dövrlə müqayisədə 17,3% və ya 12 mln. 145 min manat çoxdur. 2022-ci ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 70 mln. 222 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et