Ötən il Azərbaycan iqtisadiyyatında vəziyyət necə dəyişib? | Banco.az

Ötən il Azərbaycan iqtisadiyyatında vəziyyət necə dəyişib?

2022-ci ildə ölkədə 133,8 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 4,6% çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.

ÜDM istehsalının 51,1%-i sənaye, 8,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0%-i nəqliyyat və anbar təsərrüfatı, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 1,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4%-i informasiya və rabitə sahələrinin, 14,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et