"OPEC" qlobal neft tələbi ilə bağlı yeni proqnozunu açıqlayıb | Banco.az

"OPEC" qlobal neft tələbi ilə bağlı yeni proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC” qlobal neft tələbi proqnozunu sabit saxlayıb.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üzrə qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

“OPEC” neft bazarı ilə bağlı aylıq hesabatını dərc edib.

Sözügedən hesabata görə, bu il qlobal neft tələbinin ötən ilə nisbətən 2 milyon 220 min barel artaraq gündəlik təxminən 101 milyon 770 min barrelə çatacağı gözlənilir.

Bu artımda Kovid-19 məhdudiyyətlərinin aradan qaldırıldığı Çində gözlənilən iqtisadi canlanmanın təsirli olacağı düşünülür. Bəzi bölgələrdə isə iqtisadi çətinliklərlə əlaqədar tələbatda məhdud azalmaların olacağı da proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et