OPEC+ hasilat kvotasını sabit saxlamağa hazırlaşır | Banco.az

OPEC+ hasilat kvotasını sabit saxlamağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC+ maliyyə bazarlarında yaranan təlatüm dövründə hasilat siyasətini dəyişəcəyinə dair heç bir işarə verməyib.

Banco.az xəbər verir ki, İttifaqın aparıcı ölkələrindən biri olan Səudiyyə Ərəbistanı 23 ölkənin iştirak etdiyi alyansın qlobal neft tələbində kövrək bərpa müşahidə edildiyini və 2023-cü il ərzində tədarükdə sabitliyin qorunub saxlanmalı olduğunu açıqlayıb.

Bazar ertəsi baş tutacaq və nazirlərin də iştirak edəcəyi onlayn iclasda hazırkı mövqeyin qorunub saxlanması ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur.

Nümayəndələr vurğulayıblar ki, bank sektorundakı təlatümlərin iqtisadi perspektivə təsir göstərməsi və Rusiyaya qarşı sanksiyaların tədarüklə bağlı qeyri-müəyyənliklər yaratması mövcud plandan kənara çıxmaya gətirib çıxarmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et