Norveç Mərkəzi Bankının faiz qərarı da gözlənilməz olmayıb | Banco.az

Norveç Mərkəzi Bankının faiz qərarı da gözlənilməz olmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Mərkəzi Bankı uçot dərəcəsi üzrə qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, Norveç Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi artırmaqla 3,25 faiz həddinə çatdırıb.

Bloomberg nəşrinin sorğusunda iştirak edən iqtisadçılar da məhz bu istiqamətdə artım gözləyirdilər.

Borclanma xərclərini 2008-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə qaldıran Norveç Mərkəzi Bankı kronun məzənnəsinin zəifləməsi inflyasiyanı intensivləşdirdiyindən faiz dərəcələrinin artırılmağa davam ediləcəyini vurğulayıb.

Qeyd edək ki, ölkədə maaş artımları və rəsmi valyuta olan kronun ucuzlaşması inflyasiyanın yüksək səviyyədə qalmasına gətirib çıxara bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et