Nissan yaxın üç il ərzində 30 yeni model təqdim edəcək | Banco.az

Nissan yaxın üç il ərzində 30 yeni model təqdim edəcək

Müəllif: Fərid İslamov/Banco.az

 Yaponiyanın avtomobil istehsalçısı Nissan, şirkətin yeni ortamüddətli strategiyasına uyğun olaraq, yaxın üç il ərzində 30 yeni model, o cümlədən 16 elektromobil təqdim edəcək.

Nissan həmçinin 2026-cı maliyyə ilinin sonuna, yəni 2027-ci ilin martına qədər satışlarını 1 milyon avtomobil artırmağı və bir avtomobil üçün istehsalın maya dəyərini 30% azaltmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

"Bazarın həddindən artıq dəyişkənliyini nəzərə alaraq, Nissan davamlı artım və gəlirliliyi təmin etmək üçün qətiyyətli addımlar atacaq" dedi şirkətin prezidenti və baş icraçı direktoru Makoto Uçida.

Nissan, 2027-ci ilin mart ayına qədər əməliyyat mənfəət marjasını 6%-dən yuxarı hədəfləyir.

2024-cü ilin əvvəlindən Nissan-ın kapitallaşması 13,5% artaraq 2,38 trilyon yenaya (15,73 milyard dollar) çatıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et