Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, OPEC+ koalisiyasının hasilatın 100 min barel azaldılması qərarının təsiri ilə yüksələn neft qiymətləri Çində qapanmaların artması xəbərlərindən sonra yenidən ucuzlaşıb.

Brent markalı neftin bir bareli 0,77% dəyər itirməklə 94,96 dollara geriləyib. Halbuki OPEC+ qərarından sonra həftənin ilk ticarət günü 4%-dən çox bahalaşma müşahidə olunmuşdu. 

ABŞ xam neftinin bir bareli isə 2,05% bahalaşmaqla 88,65 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et