Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ötən həftə ümumi xam neft ehtiyatlarının 2,32 milyon barel artmasına dair göstəricilərin açıqlanmasına baxmayaraq, ən mühüm mərkəzlərdən biri olan ABŞ-ın Oklahoma ştatının Kuşinq şəhərindəki anbarda ehtiyatların 3,7 milyon barel azalması xəbəri ilə ucuzlaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) hazırda bir bareli 84.06 dollara ticarət edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında bir bareli 85.94 dollara icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et