Tamara Mustafayeva, Banco.az
Neft bazarında hərəkətlilik həftənin ilk ticarət günü ilə müqayisədə daha stabildir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dolların zəifləməsi fonunda qlobal tələb narahatlıqlarının tarazlıq tapması, investorların Fed-in monetar siyasətini və risk iştahını formalaşdıracaq ABŞ inflyasiya hesabatını gözləməsi səbəbindən neft qiymətlərində daha stabil dinamika müşahidə olunur.
ABŞ xam neftinin 1 bareli səhər saatlarında 0,17% ucuzlaşaraq 87,63 dollara geriləyib.
Brent markalı neftin 1 bareli isə 0,27% dəyər itirməklə hazırda 93,75 dollara ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!