Neftin qiyməti bir qədər bahalaşdı | Banco.az

Neftin qiyməti bir qədər bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərinə Omikron təsiri davam etməkdədir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri koronavirusun Omikron ştammının yoluxma sürətinin tələbə təsir göstərməsi ehtimalı ilə bazar ertəsi ucuzlaşmaqda davam etsə də, daha sonra sözügedən təsirin nəzərdə tutulduğu qədər böyük olmayacağına dair proqnozlar fonunda nisbətən bahalaşıb.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1% dəyər qazanmaqla hazırda bir bareli 69.31 dollara ticarət edilir.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0,8% bahalaşaraq bir bareli 72.07 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et