Neftin qiyməti bahalaşmaqda davam edir | Banco.az

Neftin qiyməti bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Təbii qaz böhranı neft qiymətlərinə müsbət təsir göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ-dakı ehtiyatların azalmasına dair xəbərlər və Avropada hökm sürən cari enerji böhranı səbəbilə elektrik enerjisinin istehsalı üçün sərf edilən neft həcminin artırılmasının tələbin yüksəlməsinə gətirib çıxaracağına dair proqnozlar fonunda bahalaşmaqda davam edir.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% dəyər qazanmaqla hazırda bir bareli 71.46 dollara ticarət edilir.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0,3% bahalaşaraq bir bareli 74.22 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et