Neft yenidən bahalaşır | Banco.az

Neft yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində "İran anlaşılmazlığı" gündəmi.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti İran nüvə danışıqlarının altıncı mərhələsinin də razılıq əldə edilmədən başa çatması fonunda bahalaşıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 0,4% bahalaşmaqla ardıcıl olaraq 4-cü həftəni də dəyər qazancı ilə başa vurub.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) 0,4% yüksələrək hazırda bir bareli 71.91 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,2% bahalaşaraq bir bareli 73.66 dollar səviyyəsinə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et