Neft yeni həftəyə bahalaşma ilə başlayıb | Banco.az

Neft yeni həftəyə bahalaşma ilə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə bahalaşma ilə başlayıb.

Banco.az xəbər verir ki, neft təklifin tələbi üstələməyə başladığını göstərən əlamətlər səbəbindən son beş ilin ən uzun həftəlik itki silsiləsindən sonra yeni həftəyə dəyər artımı ilə daxil olub.

Brent markalı neft 7 həftəlik enişdən sonra bir barel üçün 76 dollardan yuxarı satılır.

ABŞ xam nefti isə 71 dolları ötüb.

Xatırladaq ki, ABŞ-ın gözləniləndən daha güclü məşğulluq göstəriciləri və Astrateji neft ehtiyatlarını bərpa etmək planları cümə günü xam neftin ümumilikdə altı günlük itki seriyasına son qoymasına yardımçı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et