“Neft və qazın qiyməti ilin sonuna doğru arta bilər” | Banco.az

“Neft və qazın qiyməti ilin sonuna doğru arta bilər”

Müəllif: Tamara Mustafayeva, Banco.az

S&P Global/Qryaznov: Neft və qaz qiymətləri ilin sonuna doğru arta bilər.

Banco.az xəbər verir ki, “S&P Global Ratings”in direktoru Aleks Qryaznov neft və qaz qiymətlərinin bu ilin sonuna doğru bahalaşma ehtimalından bəhs edib.

O, Brent markalı neftin qiymətinin orta hesabla 80-90 dollara qalxa biləcəyini deyib.

Kömürdə də neftdıkinə bənzər mənzərə proqnozlaşdırdıqlarını deyən Qryaznov bəzi bölgələrdə kömür tədarükündə qıtlığın ola biləcəyini və bu vəziyyətin kömür qiymətlərini artıra biləcəyini bildirib.

O, həmçinin yaxın dövrlərdə bəzi metalların qiymətinin də 10-20 faiz artma ehtimalı olduğunu dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et