Neft ucuzlaşmaqda davam edir | Banco.az

Neft ucuzlaşmaqda davam edir

Bakı vaxtı ilə saat 16:26-ya olan məlumata görə, Brent nefti 1,1% ucuzlaşaraq 59,47 dollara düşüb. 

ABŞ xam neftinin qiyməti isə 1,2% düşərək 50.55 dollara enib.

Neft İxrac Edən ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatı 1,2 milyon barel azaltmalarının (2019-cu ilin Yanvarından) neft qiymətlərinin artmasına kifayət etməyəcəyi bildirilir. Treyderlər, ABŞ-da rekord səviyyədəki neft istehsalının və zəif yanacaq istehlakının yeni təklif bolluğu yarada biləcəyindən ehtiyat edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et