Neft sürətlə bahalaşdı | Banco.az

Neft sürətlə bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft kritik səviyyədən yuxarı ticarət olunur.

Banco.az xarici mətbuta istinadla bildirir ki, həftənin ilk iş günü sürətlə bahalaşaraq 100 dollar səviyyəsini üstələyən ABŞ xam nefti yeni günə də bu səviyyələrdə başlayıb.

ABŞ xam nefti (WTI) Nyu York əmtəə birjasında dünən 5% bahalaşmaqla bu ilin may ayından bəri qeydə alınan ən sürətli gündəlik yüksəlişə imza atdıqdan sonra hazırda 100 dollardan yuxarı ticarət olunur. 

Brent markalı neft isə London əmtəə birjasında 106 dolları üstələyib.

Qeyd edək ki, neft bazarında yenidən tədarük yönlü narahatlıqların hökm sürdüyü görünür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et