Neft qiymətləri yenidən bahalaşıb | Banco.az

Neft qiymətləri yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində yuxarı yönlü hərəkət dinamikası davam etməkdədir.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və onun müttəfiqlərinin zəifləyən qlobal tələbə reaksiya vermək üçün tədarükün azaldılmasını dərinləşdirəcəkləri ilə bağlı yayılan fərziyyələr fonunda neft, demək olar ki, bir ilin ən aşağı səviyyəsindən bahalaşmaqda davam edir.

ABŞ xam neftinin bir bareli 1,50 faiz bahalaşmaqla 78,40 dollara çatıb.

1,53 faiz bahalaşan Brent markalı neftin bir bareli isə hazırda 84,46 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et