Neft qiymətləri stabilliyini saxlayır | Banco.az

Neft qiymətləri stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ özəl sektor məlumatlarının xam neft ehtiyatlarının azalmasını göstərməsi ilə dünən 2%-dən çox bahalaşdıqdan sonra yeni günə stabil başlayıb.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) çərşənbə axşamı 2,7% yüksəldikdən sonra 0,3% geriləyərək hazırda bir bareli 68.11 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında dünən 2,3% bahalaşdıqdan sonra 0,2% geriləyərək 70.46 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et