Neft qiymətləri birinci rübü güclü artımla başa vurub | Banco.az

Neft qiymətləri birinci rübü güclü artımla başa vurub

Müəllif:Mehin Qasımova/Banco.az

Brent və WTI markalı neftin qiymətləri 2024-cü ilin martını və birinci rübünü güclü artımla başa vurub.

Banco.az xəbər verir ki, cümə günü hər iki markanın ticarəti olmayacaq, çünki birjalar cümə günü üçün bağlıdır.

Martda Brent 4,6%, WTI 6,3% bahalaşıb. Məlumata görə, birinci rübdə qiymətlər 13,6% və 16,1% artıb. ‍‌‌‌‌‌

Cümə axşamı Londonun ICE Futures birjasında Brent markalı may fyuçerslərinin qiyməti 1 barelə görə 1,39 dollar (1,6%) artaraq 87,48 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda may ayı üçün WTI neftinin fyuçersləri 1,82 dollar (2,2%) artaraq 1 barelə görə 83,17 dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et