Neft kəskin bahalaşıb | Banco.az

Neft kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında yuxarı yönlü hərəkət qrafiki izlənilir.

Banco.az xəbər verir ki, investorların qlobal iqtisadi yavaşlamaya dair davamlı narahatlıqlar fonunda enerji tədarükü ilə bağlı proqnozları qiymətləndirməsi səbəbindən neft qiymətləri bahalaşıb.

ABŞ xam nefti cümə axşamı günü 2 faiz ucuzlaşdıqdan sonra 2,30 faiz bahalaşaraq hazırda bir bareli 90,20 dollara çatıb.

Brent markalı neftin bir bareli isə 2,08 faiz bahalaşmaqla 96,64 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et