Neft daha da ucuzlaşdı | Banco.az

Neft daha da ucuzlaşdı

Pandemiyanın 2-ci dalğasının başlaması və bir sıra ölkələrdə hasilatın artması ilə əlaqədar olaraq neft qiymətləri düşür.

Bu gün Brent nefti 3,5% ucuzlaşaraq 35,81 dolları, ABŞ xam nefti isə (WTI) isə 4% uclaşaraq 33,68 dolları görüb.

Bakı vaxtı ilə saat 08:40-da Brent neft 3,3% ucuzlaşama ilə 36,70 dollardan, ABŞ xam nefti isə 3,6% ucuzlaşama ilə 34,46 dollardan ticarət olunub. 

ABŞ və Avropada koronavirusa yoluxanların artması ilə əlaqədar olaraq avtomobil və aviasiya sektorlarının yanacaq tələbinə dair narahatlıqlar artıb.  ABŞ və Liviyada artan istehsal da təklif artıqlığı yarada biləcəyinə dair narahatlıqları artırıb. 

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et