Muskın xəyallarını reallaşdıran qadın: SpaceXin prezidenti Gwynne Shotwell | Banco.az

Muskın xəyallarını reallaşdıran qadın: SpaceXin prezidenti Gwynne Shotwell

Gwynne Shotwell Elon Muskın qurucusu olduğu Space Exploration Tecnologies (SPACEX) şirkətinin prezidentidir və onun indiyə qədər böyüməsində ən böyük pay sahibi olan insanlardandır. 

Yaxşı bəs Elon Muskın zəng edib iş müsahibəsinə dəvət etdiyi və bundan sonra SpaceX fəaliyyəti başlayan iki uşaq anası olan bu uğurlu qadının hekayəsi nə idi?

Gwynne Shotwell  1963-cü ildə Amerikanın Illınois əyalətində balaca bir qəsəbə olan Evanstonda dünyaya gəlib, ortaməktəbə qədər Libertyvilledə oxuyan  Shotwell təhsil həyatından sonra həyatında nə edəcəyi barədə çox düşünürdü. O zamanlar gələcəyi barədə qərar verməli olan Shotwell anasının məsləhəti ilə birlikdə mühəndis olmağa qərar vermişdi. 

Karyerasının ilk günlərində avtomobil sektorunda özünü sınadı və Chrysler Corporation’a qatılmağa qərar verir. Özünü inkişaf etdirmək üçün bir sıra təlim proqramlarına qoşulur amma mühəndislik sahəsində işləyəcəyi üçün bu sektorda çox qalmır. 1988-ci ildə avtomobil sektorundan ayrılaraq El Sugonda araşdırma mərkəzində yerləşən Aerospace Corporation’da işləməyə başlayır.  10 il burda qalaraq aerokosmik sahədə müxtəlif vəzifələr üzrə özünü sınayır.

Ən sərfəli kredit üçün müraciət et

1998-ci ildə El Segundo’da az maliyyətli  roketlər istehsal edən Microcosm Incorporation’da aerokosmik departamentin sədri olur. Burada idarə heyətində öz yerini tutur və iş prosesini inkişaf etdirmək məsuliyyətini alır. 

2002-ci ildə iş prosesini inkişaf etdirmə üzrə sədri müavini olaraq SpaceX-ə keçir və Falcon maşınları ilə şirkətə 5 milyard dollar gəlir gətirir. Shotwell şirkətin yeddinci işçisi idi. Elon Musk onu ilk çağırdığında bir neçə dəqiqədən sonra SpaceX şirkət binasını  gəzməyə başladılar və ardına işə qəbul olub . Əvvəl bu qədər işləyəcəyini ağlına gətirə  bilməsə də bu şirkətdə işləmək onun ən böyü uğuru olduğunu deyir. İndi isə SpaceX-in prezidentidir.

Uğurları dünya tərəfindən də qiymətləndirilən Shotwell 2011-ci ildə Dünya texnologiya mükafatına layiq görülüb. Ardınca isə beynəlxalq mükafatlardan olan Texnologiya qadını mükafatını alan Shotwell, 2014-cü ildə Forbesdə yayınlanan dünyanın ən güclü 100 qadını arasında yer tutmağı bacarıb.

Musk isə Shotwelllə çalışması barədə bunu qeyd edir. 

Onunla 15 ildir eyni şirkətdə çalışıram, bu müddət ərzində onunla dilləşməməyi və nəyin edilib-edilməməsi barədə məsləhət verməməyi öyrənmişəm.

 

Ən sərfəli krediti almaq üçün müraciət et