Müfəttişlik əmək qanunvericiliyinə əməl etməyən şirkətləri cəzalandırıb | Banco.az

Müfəttişlik əmək qanunvericiliyinə əməl etməyən şirkətləri cəzalandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

Əmək və Əhalinin Sosial Müdadfiəsi Nazirliyindən daxil olmuş məlumata görə, hüquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.  

Ən sərfəli kredit üçün müraciət et

Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et