Müavinət, təqaüd, kompensasiyanı bu gün və sabah ala bilərsiniz | Banco.az

Müavinət, təqaüd, kompensasiyanı bu gün və sabah ala bilərsiniz

Bu gün respublikada xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri həyata keçiriləcək.

Bu proses aprelin 21-i də davam edəcək.

Qeyd edək ki, Covid-19 pandemiyası ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Qafqazinfo

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et