Motivasiyanızı artıracaq 7 film | Banco.az

Motivasiyanızı artıracaq 7 film

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gündəlik həyatımızda baxdığımız bir film, oxuduğumuz bir kitab və ya o gün dinlədiyimiz bir mahnı, o an içində olduğumuz monotonluğu aradan qaldıracaq təsirli bir hərəkətverici qüvvə və ya bir qığılcım ola bilər. Bu məqalədə sizə motivasiya verəcək, həyatınıza müsbət təsir göstərə biləcək 7 filmi bir araya toplamışıq. 

1. Moneyball (IMDb: 7.6)

Bennett Millerin rejisoru olduğu və "Columbia Pictures" tərəfindən yayımlanan 2011-ci il istehsallı bioqrafik dram-idman filmidir. Film yazıçı Maykl Lyuisin 2003-cü ildə yazılmış eyniadlı kitabı əsasında çəkilib.

2. Whiplash (IMDb: 8.5)

Whiplash 2014-cü ildə çəkilmiş Amerikan dram filmidir. "Whiplash" gənc musiqiçinin uğur hekayəsindən bəhs edir.

3. The Boy Who Harnessed The Wind (IMDb: 9.2)

"The Boy Who Who Harnessed the Wind" 2019-cu ildə Böyük Britaniyada çəkilmiş dramatik filmdir. Yazıçı və rejissoru Çivetel Eciofor olan əsər Uilyam Kamkvamba adlı malavi ixtiraçının həyatından bəhs edir. 2019-cu ildə "Sundance Film Festivalı"nda premyerası olan film "Netflix" tərəfindən ərsəyə gətirilib. 

4. The Theory of Everything (IMDb: 7.7)

"Hər şeyin nəzəriyyəsi" (The Theory of Everything) fizik Stiven Hokinqin həyatından  bəhs edir. 2014-cü ildə nümayiş olunan Britaniya dram-bioqrafiya filmidir.

Ən sərfəli kredit üçün müraciət et

5. The Social Network (IMDb: 7.7)

"Sosial şəbəkə" (The Social Network) 2010-cu il istehsalı ABŞ bioqrafiya və dram filmidir. Film Mark Zukerberq və Eduardo Saverinin "Facebook"u qurmalarından bəhs edir.

6. The Founder (IMDb: 7.2)

Qurucu (The Founder) Con Lee Hankok və Robert Siql tərəfindən yazılan 2016-cı ilin Amerika bioqrafik dram filmidir. Maykl Kitonun iş adamı Rey Krok rolunda oynadığı film "McDonald's" fəst-fud restoran şəbəkəsini yaratmasından bəhs edir.

7. The Pursuit of Happyness  (IMDb: 8.6)

"The Pursuit of Happynes" rejissor Qabriel Muççino tərəfindən çəkilmiş Amerika dram filmidir. Kris Qardnerin tərcümeyi-halı olan filmdə Qardneri Vill Smit canlandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et