Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü | Banco.az

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına dəyişiklik edilmişdir.

Əvvəlki qaydaya əsasən sahibkarlıq subyektlərinin bölgüsü meyarları aşağıdakı şəkildə idi:

Yeni təsdiq olunmuş qaydalara görə isə sahibkarlıq subyektlərinin bölgüsünə kiçik, orta, iri sahibkarla yanaşı mikro sahibkarlıq da əlavə edilmişdir. Dəyişiklikdən sonra Azərbaycanda sahibkarlıq subyektləri 4 qrupa bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri. 

Eyni zamanda, sahibkarlıq subyektlərinin işçi sayı və illik gəlir bölgüsü də əsaslı dərəcədə dəyişmişdir.

Beləki, işçilərinin sayı 10 nəfərə, illik gəliri 200 min manata qədər olanlar mikro sahibkarlar, 11-50 işçisi olan və 3 milyon manatadək illik gəliri olanlar kiçik sahibkarlar adlandırılacaq. 51-250 işçisi və 3-30 milyon manat illik gəliri olanlar orta sahibkarlar hesab ediləcək. İri sahibkarlar isə 251 və ondan yuxarı işçiyə və 30 milyon manat illik gəlirə malik olanlar hesab olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Qeydlər:

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta vəya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına vəya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

 

Nüsrət XƏLİLOV, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et