MİDA sosial ev almaq istəyənlərə müraciət edib | Banco.az

MİDA sosial ev almaq istəyənlərə müraciət edib

“Elektron hökumət” portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 2019-cu il iyulun 12-si və 14-də həyata keçirilən onlayn mənzil seçimi prosesi başa çatıb, seçim prosesi yekunlaşdıqdan sonra nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və öz müsbət - “SOC 3” rəyini təqdim edib. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin bu barədə yaydığı məlumada bildirilir ki, "Güzəştli mənzil" sistemi Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı hər bir istifadəçiyə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, “Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu”nun müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması kimi tələblərinə uyğun olaraq, “Güzəştli mənzil” sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq təkmilləşdirilmə işləri MİDA tərəfindən müntəzəm olaraq davam etdirilir.

Yuxarıda sadalanan tələblərdən biri də mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunun daxil edilməsi ilə bağlıdır. "Güzəştli mənzil" sistemində tətbiq edilən bu yenilik mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verəcək, eyni zamanda sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç