"Microsoft" minlərlə insanı işdən çıxarmağa hazırlaşır | Banco.az

"Microsoft" minlərlə insanı işdən çıxarmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

 “Microsoft” işçilərinin təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, 220 mindən çox işçisi olan ABŞ-IN texnologiya nəhəngi “Microsoft”işçi qüvvəsini təxminən 5 faiz azaltmağı planlaşdırır ki, bu da təxminən 11 min nəfərin ixtisarı deməkdir.

Bu barədə ingilis mətbuatı məlumat yayıb.

Digər tərəfdən, “Microsoft”un keçən ilin oktyabr-dekabr dövrü üzrə balans hesabatının yanvarın 24-də açıqlanacağı gözlənilir, analitiklər isə şirkətin 2017-ci maliyyə ilindən bəri ən yavaş gəlir artımı qeyd edəcəyini proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et