"Meta" şirkəti də "Mavi işarə" xidmətini ödənişli edəcək | Banco.az

"Meta" şirkəti də "Mavi işarə" xidmətini ödənişli edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın tənqidlərə məruz qalan “Mavi işarə” strategiyası “Facebook” və “Instagram”da da tətbiq olunacaq.

Banco.az xəbər verir ki, “Facebook” və “Instagram”ın sahibi “Meta” şirkəti “Meta Verified” adlı abunə xidmətini işə salıb.

Bu xidmət istifadəçilərə ayda 15 dollar ödəməklə “Instagram” və “Facebook” hesablarına autentifikasiya və mavi işarə əlavə etməyə imkan verir.

Qeyd edək ki, bu barədə şirkətin CEO-su Mark Zukerberq açıqlama verib.

İlk dəfə Yeni Zelandiya və Avstraliyada bu həftədən etibarən istifadəyə verilən abunə xidmətinin qiyməti veb versiyada ayda 11,99 dollara, “Apple”ın iOS və “Google”un Android mağazalarında isə 14,99 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et