Məşhur milyarder “ChatGPT”ə aludə olduğunu açıqlayıb | Banco.az

Məşhur milyarder “ChatGPT”ə aludə olduğunu açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

İstifadəyə yeni verilən “ChatGPT” şəbəkəsi son günlərin gündəmini ələ keçirib. 

Banco.az xəbər verir ki, dünyanın dördüncü ən varlı adamı olan Hindistanlı milyarder Qautam Adani adı çəkilən mobil tətbiq haqqında fikirlərini bölüşüb. Məşhur milyarder tez-tez süni intellektlə bağlı açıqlamaları ilə gündəmdə qalmağı bacarır. Lakin onun son fikirləri daha çox diqqət çəkib. Belə ki, milyarder müvafiq proqramı istifadə etməyə başladıqdan bəri “ChatGPT”ə aludə olduğunu etiraf edib. O, bu proqramı indiyə qədər təqdim olunanlar arasında ən böyük dil proqramı modeli adlandırıb. Eyni zamanda onu “Google”a rəqib kimi qiymətləndirib. Bununla yanaşı, məşhur milyarder süni intellektin bəzi hallarda “təhlükəli ola biləcəyini” də təsdiqləyib.

Qeyd edək ki, Q.Adani Hindistanın aparıcı enerji və logistika şirkəti olan “Adani Group”un qurucusudur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et