Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

1 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99,4416  AZN (7.22%) və 99,4773 AZN (6.76%) olan 4 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37.701.500,00 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4416 AZN (7.22%), orta ölçülmüş qiyməti 99,4651 AZN (6.91%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi               

37.701.500,00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 29.04.2020

Ən sərfəli krediti almaq üçün müraciət et