Mərkəzi Bankda təcrübə keçmək istəyənlərin nəzərinə | Banco.az

Mərkəzi Bankda təcrübə keçmək istəyənlərin nəzərinə

Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə internatura proqramı üzrə müsabiqə elan edir.

Bankda iş tapmaq üçün bura daxil olun -  http://banco.az/az/jobs

İş təcrübəsi olmayan, aşağıdakı istiqamətlər üzrə hal-hazırda bakalavr pilləsinin III və IV kurs tələbələri, o cümlədən magistr tələbələri müraciət edə bilərlər.

- İqtisadiyyat;
- Mühasibat uçotu və audit;
- Kompüter elmləri və informasiya texnologiyaları;
- Maliyyə;
- Menecment;
- Riyaziyyat;
- Biznesin təşkili və idarəedilməsi;
- Beynəlxalq əlaqələr;
- Hüquq;
- Tərcümə (ingilis dili);
- Jurnalistika;

Ən sərfəli kredit üçün müraciət et

İnternatura 1 iyuldan 15 sentyabr 2014-cü ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsindən (www.cbar.az) əldə edə bilərsiniz. Doldurulmuş müraciət anketini internship@cbar.az elektron poçt ünvanına 28 fevral 2014-cü il tarixinədək göndərməyiniz xahiş olunur.

İnternalara olan tələblər

Müraciət Anketi

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç