"Mercedes" Rusiya bazarını tamamilə tərk edir | Banco.az

"Mercedes" Rusiya bazarını tamamilə tərk edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Sənaye və Ticarət Nazirliyi Almaniyanın “Mercedes-Benz” şirkətinin ölkədəki bütün aktivlərini “Avtodom” adlı rus şirkətinə ötürdüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyindən verilən yazılı bəyanatda "Mercedes-Benz" ilə şirkətin Rusiyadakı bütün aktivlərinin "Avtodom"a təhvil verilməsi ilə bağlı müqavilə imzalandığı bildirilib.

Mərkəzi ofisi Rusiyada yerləşən Avropa Biznes Assosiasiyasının (AEB) məlumatlarına görə, ölkədə "Mercedes" markalı avtomobillərin satışı sentyabr ayında əvvəlki ilin eyni dövrünə nəzərən 72,8 faiz azalıb.

Xatırladaq ki, şirkət Rusiyadakı istehsalı bu ilin mart ayında dayandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd edək ki, "Mercedes"dən əvvəl "Renault" və "Nissan" şirkətlərinin aktivləri də Rusiya hökumətinə verilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et