“McDonald's” bu ölkədəki fəaliyyətini dayandırıb | Banco.az

“McDonald's” bu ölkədəki fəaliyyətini dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“McDonald's” firması Qazaxıstandakı fəaliyyətini dayandırıb.

Banco.az xəbər verir ki, ABŞ-ın fəst-fud restoranlar şəbəkəsi “McDonald's” Qazaxıstandakı fəaliyyətini dayandırdığını açıqlayıb.

Bu barədə “McDonald's”ın Qazaxıstan nümayəndəliyindən məlumat verilib.

Açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

“Food Solutions KZ LLP tərəfindən idarə olunan restoran şəbəkəsi tədarük məhdudiyyətləri səbəbindən Qazaxıstanda McDonald's brendi altında fəaliyyətini dayandırıb.”

Həmçinin qeyd olunub ki, sürətli xidmət göstərən restoranların yeni adla fəaliyyətə başlayacağı tarix yaxın vaxtlarda elan ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Qazaxıstandakı ilk restoranını 2016-cı ildə açan “McDonald's”ın bu ölkədə təxminən 2000 işçisi olan 24 restoranı fəaliyyət göstərirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et