Maskın idarəçilikdən getmə ehtimalı "Tesla" səhmlərini bahalaşdırıb | Banco.az

Maskın idarəçilikdən getmə ehtimalı "Tesla" səhmlərini bahalaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın “Twitter” CEO-luğundan getməsi lehinə nəticələnən sorğudan sonra “Tesla” səhmləri bahalaşıb.

Banco.az xəbər verir ki, elektromobil istehsalçısı “Tesla” və kosmik “SpaceX” şirkətlərinin sahibi İlon Mask ötən gün yenicə satın aldığı “Twitter” platformasının rəhbərliyindən gedib-getməməsi ilə bağlı sorğu keçirmişdi. 17 milyon 500 mindən çox istifadəçinin yarıdan çoxunun lehinə səs verməsi nəticəsində sorğudan “Mask getsin” qərarının çıxması milyarderin “Tesla” şirkətində səhmlərin bahalaşmasına səbəb olub.

Belə ki, “Tesla”nın səhmləri birja açıldıqdan qısa müddət sonra 3 faizə qədər bahalaşaraq 154,74 dollara çatıb.

Qeyd edək ki, şirkət səhmləri Maskın “Twitter”ı satın aldığı oktyabr ayından bəri ümumilikdə 30 faiz dəyər itirmişdi. Bunun da əsas səbəbi “Tesla” səhmdarlarının “Twitter”ın Maskın diqqətini yayındırdığına inanması və onun “Tesla”dakı vəzifələrinə diqqətini cəmləyə bilməməsindən narahat olmaları idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et