Mask və keçmiş meneceri arasında "pulsuz yemək" mübahisəsi yaranıb | Banco.az

Mask və keçmiş meneceri arasında "pulsuz yemək" mübahisəsi yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Maskın işçilərə verilən pulsuz səhər yeməyi və nahar imtiyazını ləğv etmək planı sosial mediada qarşıdurmalara səbəb olub.

Banco.az xəbər verir ki, “Twitter”in yeni sahibi İlon Mask şirkəti təhvil aldıqdan sonra vəzifədən ayrılan bəzi keçmiş yüksək vəzifəli işçilər ilə “pulsuz səhər yeməyi və nahar” mübahisəsinı çıxıb.

Belə ki, Mask bir nəfərin sözügedən imtiyazdan faydalanmasının 400 dollara başa gəldiyini iddia edib, ancaq şirkətin Biznesin Transformasiyası üzrə keçmiş vitse-prezidenti Treysi Hokins isə bunun 20-25 dollar olduğunu, sözügedən pulsuz xidmətdən istifadə nisbətinin 20-50 faiz arasında dəyişdiyini vurğulayıb.

Hokinsi təkzib edən İlon Mask isə cavabında aşağıdakı ifadələrə yer verib:

"”Twitter” San-Fransiskodakı baş ofisində yemək xidmətinə ildə 13 milyon dollar xərcləyir. Qeydlər göstərir ki, ən yüksək doluluq nisbəti 25 faiz, orta doluluq nisbəti isə 10 faizdən aşağıdır. Səhər yeməyi hazırlayanlar bu yeməyi yeyənlərdən daha çoxdur. Binada heç kim olmadığı üçün nahar yeməyi təqdim belə edilmir”.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Mask “Twitter”i satın aldıqdan qısa müddət sonra şirkətin demək olar ki, yarısını, o cümlədən bəzi yüksək vəzifəli şəxsləri ixtisar etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et