Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Mart 2022 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Mart 2022

Mart ayında bir il müddətinə fiziki şəxslərin manat əmanəti yerləşdirə biləcəyi bankları və onların şərtlərini təqdim edirik. Bu ay ötən aya nisbətən iki bankın - Günay Bank və Bank VTB Azərbaycanın depozit faizlərində artım müşahidə olunub.

Faizlər əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə tamamilə heç bir faiz ödənilmir. 

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et