Makretoloqların dizaynla bağlı 3 ƏN BÖYÜK səhvi | Banco.az

Makretoloqların dizaynla bağlı 3 ƏN BÖYÜK səhvi

Müəllif: İlham Əfəndiyev, Marketinq kosultantı

İnternetdə oxucular arasında keçirilən sorğulara əsasən dizayn və kreativlik mövzularına böyük maraq var. Ona görə də payızın gəlişindən ilhamlanaraq qərar verdim oktyabr ayında əsasən dizayn və kreativlik haqqında yazım.

Bu gün Marketinq mütəxəssislərin və rəhbərlərin 3 əsas səhvləri haqqında danışmaq istərdim. Bu səhvlər adətən bir başa dizayn işlərininin vaxtlı-vaxtında görülməməsi və aşağı keyfiyyətdə olmasına gətirib çıxarır. 

1) Seçilən dizayner peşəkar deyil
Bu həm keyfiyyətə həm də işin effektivliyinə bir başa təsir edən amildir. Dizayneri onun portfoliosu və referanslarına əsasən seçin. Ona əvvəlcədən hazırlanmış mətn, şəkil (əgər varsa) və brendbuk-u (əgər varsa) təqdim edin ki, o da öz növbəsində ideyalarını paylaşsın. İşi poliqrafiya şirkətinin dizaynerinə həvalə etməyin. Onlar adətən texniki dizayn işlərini yaxşı bacarırlar lakin kreativliyə çox hallarda vaxt ayıra bilmirlər 

Ən sərfəli kredit üçün müraciət et

2) İlk olaraq maket sifariş olunur sonra mətnlər hazırlanır
Bu səhv dizaynın hazırlanmasında böyük gecikmələr və vaxt itkilərinə gətirib çıxarır. Reklam daşıyıcısının məzmununu (mətnlər, loqo, sloqan) əvvəlcədən tərtib edin və yalnız sifarişçi (məs. rəhbər) təsdiq etdikdən sonra onu dizaynerə təqdim edin.

3) Təsdiq edilməmiş dizayn çapa verilir
Bütün mərhələlərdə dizaynı və onun elementlərini həmkarlarınızla məsləhətləşib təkmilləşdirin və onlardan dizaynın təsdiqini istəyin. Hətta onlardan materialın imzalanmasında istəyə bilərsiniz. Bu cavabdehliyi artırır və sonda işin keyfiyyətli olmasına bir başa təsir edir.
Ümid edirəm bu məsləhətlər sizin köməyinizə gələcək və gördüyünüz dizayn işinin effektivliyini və keyfiyyətini artıracaq.

Ən sərfəli krediti almaq üçün müraciət et