"Lukoyl" şirkəti xalis mənfəətinin azaldığını açıqlayıb | Banco.az

"Lukoyl" şirkəti xalis mənfəətinin azaldığını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyaya məxsus "Lukoyl" neft şirkətinin xalis mənfəəti 22 faiz azalıb.

Banco.az xəbər verir ki, “Lukoyl”dan verilən açıqlamaya görə, şirkətin gəliri 2023-cü ilin I rübündə 2022-ci ilin eyni dövrünə nəzərən 37 faiz azalaraq 455 milyard rubla düşüb.

Qeyd edilən dövrdə şirkətin xalis mənfəətinin də 22 faiz azalaraq 104 milyard rubla endiyi vurğulanan məlumatda azalmaların səbəbi ilə bağlı heç bir qiymətləndirmə aparılmayıb.

Məlumat üçün qeyd edək ki, hazırda "Lukoyl" Rusiyanın "Rosneft"dən sonra ikinci ən böyük neft şirkətidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et