Loqotipdə yaşıl rəngi hansı şirkətlər istifadə edir? | Banco.az

Loqotipdə yaşıl rəngi hansı şirkətlər istifadə edir?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bugünkü məqaləmizdə yaşıl rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. Belə ki, yaşıl rəng, insanlar tərəfindən əsasən təbiət, sağlamlıq, yaxşı şans və qısqanclıqla əlaqələndirilir. Eyni zamanda bu rəng pulu da xarakterizə edir.

Təxmin edə biləcəyiniz kimi ətraf mühitlə bağlı fəaliyyət göstərən bir çox şirkət loqolarında yaşıl rəngə müraciət edirlər. Bu baxımdan kənd təsərrüfatı, utilizasiya, ətraf mühit planlaşdırması, baxça və günəş enerjisi sahələrində fəaliyyət göstərən müəssisələr əksərən yaşıl rəngdən istifadə edirlər. Eyni zamanda zənginlik göstəricisi olduğu üçün bəzi maliyyə şirkətləri də bu rəngə loqolarında yer verirlər. Çoxcəhətliliyin ən yüksək səviyyəsi olan yaşıl rəng bir çox markanın xarakteristik xüsusiyyətləri ilə əlaqədar olmasa da, güclü mədəni çağırışlara sahibdir.

Whole Foods

E-ticarət nəhəngi “Amazon”un ötən il 13.7 milyard dollar qarşılığında tərkibinə daxil etdiyi qida pərakəndəçisi “Whole Foods” insanların yaşıl ilə sağlamlığı əlaqələndirməsindən öz leyhinə istifadə etmək üçün yaşıl rəngdə bir loqodan istifadə edir.

Animal Planet

“Discovery Channel”ın da sahibi olan “Discovery Communications” şirkətinə bağlı bir sənədli film kanalı olan “Animal Planet” sözsüz ki, yaşıl rəngin təbiəti xarakterizə etməsindən ötrü bu rəngdən öz loqosunda istifadə edir.

BP

Ən sərfəli kredit üçün müraciət et

Britaniyanın çoxmillətli enerji və qaz şirkəti olan “BP” fəaliyyət göstərdiyi sahənin ətraf mühitə dost olmamasını bir az da olsa lehinə çevirmək və ətraf mühitin qayğısına qalan bir marka olması təsirini yaratmaq üçün loqosunda yaşıl rəngdən istifadə edir.

Starbucks

Hərhalda  bu siyahıda dünyanın ən böyük qəhvəxana şəbəkəsi olan “Starbucks”a yer verməmək olmazdı. Üzərində dəniz qızı təsviri olan loqosu ilə tanınan marka bu rəngin diqqət çəkici olması ilə yanaşı, ətraf mühit və sağlamlıqla əlaqəli olmasından da faydalanır.

WhatsApp

Demək olar ki hər birimizin gündəlik həyatının bir parçasına çevrilmiş mesajlaşma mübadilə sistemi olan "WhatsApp" da yaşıl rəngin özünə xas xüsusiyyətlərinin gücündən yararlanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et