LIBOR yaxın 4 ildə ləğv ediləcək | Banco.az

LIBOR yaxın 4 ildə ləğv ediləcək

"LIBOR 2021-ci ilin sonuna qədər ləğv olunacaq". "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat B.Britaniyanın maliyyə bazarları tənzimləyicisi (Financial Conduct Authority, FCA) tərəfindən açıqlanıb.

Qeyd edək ki, LIBOR (London Interbank Offered Rate) Londonda banklararası təklif olunan faiz həddini əks etdirir və hazırda 350 trln. dollardan artıq həcmdə maliyyə alətinin tədavülünün əsasını təşkil edir. Britaniyada tənzimləyici qurum və bankların skandallar yaradan LIBOR-un yerinə daha güvənli sistem yaratmaq istədiyi bildirilir. Bu səbəbdən 2021-ci ilə qədər ondan mərhələlli şəkildə qurtulmaq istənildiyi vurğulanır.

Ən sərfəli kredit üçün müraciət et

FCA sədri Endryu Beylinin (Andrew Bailey) sözlərinə görə, LIBOR treyderlərin uçot dərəcəsini manipulyasiya etməsinə səbəb olduğunun aşkarlanmasından sonra korrupsiya predmetinə çevrilib. E.Beyli "Bloomberg"ə açıqlamasında bildirib ki, "əgər maliyyə bazarları LIBOR-dan hazırkı şəklilə istifadə etsələr, biz bu göstəricidən imtina etməli olacayıq".

"Report"un analitik qrupu bildirir ki, hazırda avrobond bazarında göstərici faiz LIBOR üzərindən hesablanır və bu faizə hər bir ölkə və ya təşkilatın reytinqinə uyğun olaraq risk premiyası əlavə edilir. FCA isə öz növbəsində LIBOR faizləri ilə uçot dərəcəsinin fərqləndiyini əsas gətirərək, bunun ədalətli olmadığını düşünür. 

Ən sərfəli krediti almaq üçün müraciət et