Liberal üzən məzənnəyə keçiləcəkmi? | Banco.az

Liberal üzən məzənnəyə keçiləcəkmi?

İqtisadçı ekspert Vüqar Bayramov

Xatırlayırsınzsa, mən hələ ötən ilin əvvələrində 2017-ci ildə liberal üzən məzənnəyə keçidin mümkünlüyünü qeyd edirdim. Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə o zaman yol xəritəsinin əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək və da digər fəaliyyətlərin reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir.

Həmçinin bax: Neft Fondunun Mərkəzi Banka dəstəyi manata necə təsir edəcək?

Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmada real sektora “isti pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa da belə liberal məzənnə siyasətinə keçid istisna edilmir.

  • Həmçinin oxu
  • Son vakansiyalar

Məqalələr