Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq | Banco.az

Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib. 

Xarici mətbuat xəbər verir ki, bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir. 

Məlumata görə, Küveytin investisiya təşkilatı bu addımı doğru hesab etməsə də, hökumət sözügedən investisiyanın strateji maraqlara uyğun olduğunu bildirib. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri də "Saudi Aramco"nun səhmlərinə 1,5 milyard dollar pul qoyacağını açıqlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, dünyanın ən böyük şirkətlərindən biri səhmlərinin 20%-ni satmaqla 25 milıyard dollar gəlir əldə etməyi planlaşdırır.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et