Koronavirus pivə istehsal edən şirkətləri müflisləşməyə doğru aparır | Banco.az

Koronavirus pivə istehsal edən şirkətləri müflisləşməyə doğru aparır

Nigar Umaxanlı, Banco.az

Koronavirusun geniş vüsət alması səbəbi ilə qlobal pivə bazarı ciddi təhlükə qarşısındadır.

Banco.az xəbər verir ki, Amerika və Avropa KİV-lərinin məlumatına görə, pandemiya fonunda pivəyə tələb getdikcə azalır, odur ki, ABŞ və Avropadakı pivə zavodları bağlanmaq ərəfəsindədir.

Həmçinin oxu: Böhran startaplara necə təsir göstərəcək – ARAŞDIRMA

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün dünyanın dörd bir tərəfindəki hökumətlər kafe, bar və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq etdi. Müvafiq qərar ABŞ-da minlərlə kiçik pivə zavodunun vəziyyətini kritikləşdirdi. NBC yerli analitiklərin fikirlərinə istinadən xəbər verir ki, ən çox zərər çəkmiş müəssisələr mallarını dükanlara deyil, iaşə obyektlərinə satan kiçik pivə zavodlarıdır.

The Wall Street Journal yazır ki, ABŞ-da istehsala mənfi təsir göstərən amillərdən biri də ilin iki əsas “pivə hadisəsinin”: martın 17-də qeyd olunan Müqəddəs Patrik Gününün və NCAA-nın birinci divizionunda mart ayında baş tutan kişilərin basketbol turnirinin ləğv olunması da ABŞ-da istehsalçılara mənfi təsir göstərib. ABŞ-da keçirilən turnir çərçivəsində tələbə komandaları arasında basketbol üzrə milli çempion seçilir. Bu tədbirlər üçün restoran, bar və stadionlara təhvil verilmiş pivə tələb görmür və son istifadə tarixi artıq keçir.

Associated Press xəbər verir ki, Avropada da kiçik müəssisələrin vəziyyəti qənaətbəxş deyil. Belə ki, Almaniyada əsası 1617-ci ildə qoyulmuş və İkinci Dünya müharibəsindən sağ çıxmış “Werneck” pivə zavodu bağlanır. Avropa istehsalçılarının fəaliyyətinə koronavirus fonunda bar və restoranların bağlanması ağır zərbə vurdu. Bir çox alman pivə zavodları xərcləri minimallaşdırmaq üçün əməkdaşlarını yarım ştat işə keçirirlər (Sorğuda iştirak etmiş şirkətlərin 87 faizi bu planı ifadə edib).

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Karantin dövründə iş tapmaq üçün nə etmək lazımdır?

Daha əvvəl də məlum olmuşdu ki, Meksikanın “Corona” pivəsini istehsal edən “Grupo Model” şirkəti hökumətin koronavirusla mübarizə məqsədilə həyata keçirdiyi tədbirlərlə əlaqədar istehsalı dayandırıb. Almaniyada pandemiya çərçivəsində hər il baş tutan Oktoberfest pivə festivalı da ləğv edilib.

Həmçinin oxu: Dünyanın ən varlı adamı karantində iş başına qayıdıb

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et