Könüllü sığorta yığımları 25%, ödənişləri isə 24% artıb | Banco.az

Könüllü sığorta yığımları 25%, ödənişləri isə 24% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında könüllü sığorta növlərinin hesabına 618 milyon 920 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 125 milyon 235 min manat və ya 25,4% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 53,8 milyon manat və ya 24,4% artaraq 274 milyon 138 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et