Azərbaycanda sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satışının artırılması, eləcə də alıcıların alış-veriş imkanlarının genişləndirilməsi məqsədilə www.kobmarket.az portalında yerləşdirilmiş məhsullara endirim tətbiq olunacaq.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, avqustun 6-da www.kobmarket.az portalından alış-veriş edən hər kəs 50%-ə qədər endirimli satışdan yararlana biləcək. Endirim kampaniyası çərçivəsində Bakı şəhəri üzrə bütün sifarişlər pulsuz çatdırılacaqdır.
Sahibkarların onlayn satış imkanlarının genişləndirilməsi məqsədilə KOBİA-nın dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasında hazırda 50-dən çox onlayn mağaza fəaliyyət göstərir və 700-dən çox adda məhsul yerləşdirilib. Növbəti mərhələdə portala məhsullarla yanaşı, müxtəlif xidmətlərin yerləşdirilməsi də nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!