Karantin günəş panellərinin məhsuldarlığını artırdı - Səbəb | Banco.az

Karantin günəş panellərinin məhsuldarlığını artırdı - Səbəb

Koronavirus və onun yayılması nəticəsində yaranan karantin bəzi sahələrə müsbət təsir edir. İnsanların evdə qalması günəş panellərinin məhsuldarlığını artırıb.

Bunun səbəbi qlobal karantin zamanı havanın təmizlənməsidir.

Alimlərin fikrincə, havanın təmizlənməsinə görə, fotopanellər daha çox günəş işığını qəbul edə və daha çox elektrik enerjini istehsal edə biliblər.

Tədqiqatçılar dünyanın ən çirklənmiş şəhərlərdən biri sayılan Hindistanın Deli şəhərindəki günəş panellərinin dəyişikliklərini araşdırıblar. Şəhər mart ayının 19-da karantinə bağlanıb və bir ay ərzində havada mikrohissəciklərin konsentrasiyası 50% azalıb. Nəticədə mart ayının sonunda şəhərdəki günəş panellərinin işıqlandırılması ötən illərlə müqayisədə 8%, apreldə isə 6% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et