"JPMorgan" qlobal səhm birjalarındakı bahalaşmanın dayanacağını proqnozlaşdırıb | Banco.az

"JPMorgan" qlobal səhm birjalarındakı bahalaşmanın dayanacağını proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED rəsmilərinin açıqlamaları fonunda qlobal bazarlarda səhmlərin qiyməti ilə bağlı proqnozlar çoxalıb.

Banco.az xəbər verir ki, “JPMorgan” strateqləri tərəfindən hazırlanan qeyddə iqtisadi perspektivlə bağlı lazımından çox optimist olan səhmdarların məyus ola biləcəyi ifadə edilib.

“JPMorgan Chase & Co.” strateqlərin fikrincə, bu il qlobal birjalarda səhmlərin bahalaşmasının əsas hərəkətverici qüvvələri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması, Çinin yenidən açılması və Avropanın enerji böhranı ilə mübarizə aparması olub.

Sözügedən qeyddə həmçinin vurğulanıb ki, FED-in aqressiv faiz artımını dayandırması hələ iqtisadi tənəzzül riskinin tamamilə aradan qalxması demək deyil. Digər tərəfdən, Avropa və ABŞ-da pul tədarükünün azalması və tərs gəlir əyrisi kimi əsas monetar göstəricilərlə bağlı xəbərdarlıqlar fonunda səhmlərin bahalaşmasının sona çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et